AZ

Əməkdaşlarının döyülməsi xəbərinə Gəncə şəhər İcra Hakimiyyətindən reaksiya - EKSKLÜZİV

Gəncə şəhər İcra hakimiyyətinin əməkdaşlarının döyülməsi ilə bağlı yayılan xəbərlər reallığı əks etdirmir.

Bu haqda sözügedən qurumdan Bizim.Media-nın yerli bürosuna məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər İcra Hakimiyyətinin 2002-ci il təvəllüdlü İ.Muradov və 1990-ci il təvəllüdlü F.Gəncəzadə adlı əməkdaşları yoxdur.

Qeyd edək ki, bu gün mətbuatda Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşlarının döyülməsi ilə bağlı məlumatlar yayılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
11
bizim.media

1Mənbələr