AZ

Millimiz Çexiya və Slovakiya ilə qarşılaşacaq

Bu gün Sumqayıtda 3×3 basketbolu üzrə qadınlar arasında Dünya Seriyasının növbəti mərhələsi start götürür.

Apasport.az xəbər verir ki, 2 gün davam edəcək yarışda 16 komanda mübarizə aparacaq.

Onlardan 12-si milli - Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya, 4-ü klubdur - “Karolina”(Puerto Riko), “Pekin”(Çin), “Takasaki”(Yaponiya), “CS Rapid”(Rumıniya).

Azərbaycan yığması Çexiya və Slovakiya ilə birgə A qrupunda gücünü yoxlayacaq. Hər 2 görüş bu gün keçiriləcək.

Dünya Qadın Seriyası

A qrupu

26 iyul

18:55 Çexiya - Azərbaycan

20:35 Azərbaycan – Slovakiya

Qeyd edək ki, qrupda ilk 2 yeri tutan komandalar 1/4 finala yüksələcəklər.

Millimiz Küveyt yığmasına məğlub olub

Qadınlardan ibarət 3x3 millimizin Avropa Kubokundakı rəqibləri bəlli olub

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin iştirakçıları bəlli olub

Basketbolçularımız Avropa çempionatında 12-ci olub

Millimiz Dünya Seriyasının finalına yüksəlib

Seçilən
59
2
apasport.az

2Mənbələr