İsrail Hərbi Hava Qüvvələri 24 saat ərzində Qəzza zolağında 100 radikal hərbi obyektə zərbələr endirib.
Operativ Media xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, son 24 saat ərzində Hərbi Hava Qüvvələri Qəzza zolağı boyunca 100 terrorçu hədəfə zərbə endirib.
Hücum edilən hədəflər sırasında "terrorçu birləşmələr, döyüş tunelləri, hərbi binalar, tank əleyhinə atəş mövqeləri" və "silah anbarları" yer alır.
İsrail Ordusu Departamenti əmin edib ki, ordunun əsas məqsədi İsrail vətəndaşları və hərbçiləri üçün təhlükə yarada biləcək istənilən təhdidi aradan qaldırmaqdır. Əməliyyatların bu istiqamətdə davam etdiriləcəyi vurğulanıb.