AZ

Qətər Aİ-nin iqlim standartlarına görə Avropaya LNG tədarükünü dayandıra bilər

BAKI, 26 iyul. TELEQRAF

Qətər Avropa İttifaqının (Aİ) iqlim standartlarına görə, mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü tamamilə dayandıra bilər

Teleqraf xəbər verir ki, TASS bu barədə Qətərin energetika üzrə dövlət naziri və “Qatar Energy” şirkətinin baş direktoru Saad bin Şərid əl-Kaabinin məktubuna istinadən məlumat yayıb.

Mayın 21-də Belçika hökumətinə göndərdiyi dörd səhifəlik məktubda əl-Kaabi açıq şəkildə tədarükləri kəsməklə hədələyib.

Qətər təbii qaz ehtiyatlarına görə dünyada üçüncü, hasilatına görə isə altıncı yerdədir. "Eurostat"ın məlumatına görə, 2025-ci ilin birinci rübündə Qətər ABŞ (50,7%) və Rusiyadan (17%) sonra Aİ-yə üçüncü ən böyük LNG ixracatçısı olub.

Əmirlik Avropanın LNG-yə tələbatının 10,8%-ni təmin edib. Rusiyaya qarşı sanksiyalar planlaşdırıldığı kimi 2028-ci ildən gec olmayaraq tətbiq edilərsə və Qətər Avropa bazarını tərk edərsə, ABŞ LNG tədarükü bu həcm itkisini kompensasiya edə bilməyəcək.

Ekspertlər bildirir ki, Aİ artıq LNG-dən ciddi şəkildə asılıdır. Əgər 2021-ci ildə LNG qaz idxalının 20%-ni təşkil edirdisə, 2024-cü ilə qədər bu rəqəm 37%-ə yüksəlib, qəzet yekunlaşdırır.

Seçilən
70
teleqraf.com

1Mənbələr