Növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində baş verib.
Day.Az xəbər verir ki, Trend-in yerli müxbiri xəbər verir ki, hadisə ilə bağlı əraziyə FHN-nin yanğınsöndürən briqadasının əməkdaşları cəlb olunaraq yanğının meşə ərazisinə keçməsinin qarşısını alıblar.
Məlumata görə, yanğın baş verən ərazidə 3 dəfə mina partlayışı qeydə alınıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarət altına alınıb.