AZ

Levan Qabelia: Gürcüstanla Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir

BAKI, 25 iyul. TELEQRAF

"Gürcüstanla Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir".

Teleqraf xəbər verir ki, bu sözləri Sulkhan-Saba Orbeliani Universitetinin Tələbə Özünüidarəetmə Təşkilatının Prezidenti Levan Qabelia "Azərbaycan-Gürcüstan Gənclər Forumu" zamanı jurnalistlərə açıqlamasında açıqlamasında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındastrateji tərəfdaşlıq və qardaşlıq ruhuna əsaslanan xüsusi münasibətlər mövcuddur: "Bu gün keçirilən tədbir və Gənclər Həftəsi çox diqqətəlayiqdir, çünki gürcü və azərbaycanlı gənclər bir-birilərini yaxından tanımaq, mədəniyyət və dəyərlərlə tanış olmaq imkanı qazandılar”.

Levan Qabelia həmçinin forumun qarşıdakı dövrlərdə də önəm daşıyacağını vurğulayıb: “Əminəm ki, bu forum gələcəkdə hər iki ölkənin idarəçiliyinə və rəhbərliyinə gənc nəslin daha yaxşı bir sabah qurmasına töhfə verəcək”.
Seçilən
44
teleqraf.com

1Mənbələr