AZ

Qəzaya uğrayan təyyarənin qara qutularından biri məhv olub

Rusiyanın Dövlətlərarası Aviasiya Komitəsi (DAK) Amur vilayətində qəzaya uğrayan "An-24" təyyarəsinin qara qutusunun şifrəsini açmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə komitənin mətbuat xidmətindən TASS-a bildirilib.

"Parametrik məlumatın daşıyıcısı (maqnit lenti) yanğın nəticəsində məhv olub, səs yazıcısından olan məlumatlar qorunub saxlanılıb. Qeydiyyatın təhlili aparılır", - DAK-dan bildiriblər.

Qeyd edək ki, iyulun 24-də "Anqara" Hava Yollarına məxsus "An-24" sərnişin təyyarəsi Amur vilayətindəki Tında hava limanına enmək üçün ikinci eniş etdikdən sonra qəzaya uğrayıb.

Müxtəlif mənbələrə görə, təyyarədə ekipaj da daxil olmaqla 46-49 nəfər olub. Rusiya İstintaq Komitəsi təyyarədə olanların hamısının öldüyünü təsdiqləyib.

Təyyarənin qalıqları Tındadan 16 km aralıda dağın yamacında tapılıb.

Seçilən
19
publika.az

1Mənbələr