BAKI, 26 iyul. TELEQRAF
Almaniya Kansleri Fridrix Merts Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefonla danışıb.
Teleqraf xəbər verir ki, söhbət zamanı Yaxın şərqdəki vəziyyət müzakirə olunub.
"İyulun 26-da səhər saatlarında Fransa Prezidenti və Böyük Britaniyanın Baş naziri ilə ətraflı telefon danışığım oldu. Biz Yaxın Şərqdəki kursumuzu müzakirə etdik. Emmanuel Makron və Starmerlə mühüm razılıq əldə olundu. Yaxın günlərdə daha sıx koordinasiyada növbəti addımlar atacağıq", - Almaniya hökumətinin mətbuat xidməti Merzdən sitat gətirir.
Qeyd edək ki, iyulun 24-də Fransa Fələstini dövlət kimi tanıyacağını elan edib.