Fransa Kassasiya Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həbsinə dair orderi ləğv edib.
Publika.az xəbər verir ki, bu barədə "France Press" agentliyi məlumat yayıb.
Məhkəmənin sədri Kristof Sular bildirib ki, heç bir istisnanın dövlət başçısının toxunulmazlığını ləğv edə bilməyəcəyi qərara alınıb.
Eyni zamanda, Sular qeyd edib ki, Əsədlə bağlı istintaq davam edə bilər, çünki o, artıq prezident deyil və onun həbsi üçün başqa orderlər də verilə bilər.