AZ

18-ci əsrə aid döyüş gəmisi tapıldı

2024-cü ilin fevralında Şotlandiyanın daxili adalarından biri olan Sandayda baş verənfırtına ucqar bir ərazidəki qumu süpürüb aparandan sonraheyrətləndirici bir mənzərə ortaya çıxıb və 18-ci əsrə aid döyüş gəmisi aşkarlanıb.

Kulis.az xəbər verir ki, arxeoloqların köməyi ilə tapılan, qəzaya uğramış gəminin yeddi illik müharibə zamanı Kanadada xidmət etmiş və sonradan balina ovlamaq üçün vasitəyə çevrilmişÇatam qrafına aid olduğu müəyyən edilib.

Uzun müddət təpələrin altında qalmış qədim taxta gəminin gövdəsi təsadüfən gün üzünə çıxıb.

Qeyd edək ki, Çatham qrafının gəmisi kimi tanınmazdan əvvəl 1749-cu ildə inşa edilmiş gəmiKral Donanmasının freqatı kimi xidmət göstərib.

Seçilən
50
kulis.az

1Mənbələr