AZ

Belçikanın müdafiə naziri Anıtkabirdə diz çöküb

BAKI, 26 iyul. TELEQRAF

Belçikanın müdafiə naziri Teo Franken Anıtkabiri ziyarət zamanı Atatürkün məzarı önündə diz çöküb.

Teleqraf xəbər verir ki, bu addımı ilə o, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkə və onun siyasi irsinə dərin hörmətini ifadə edib.

Franken Atatürkün Türkiyəni dünyəvi və demokratik respublikaya çevirdiyini, qadınlara siyasi hüquqlar verdiyini, islahatlarla elmi, təhsili prioretitə çevirdiyini vurğulayıb.

Qeyd edək ki, həmin görüntü sosial şəbəkələrdə geniş yayılıb və müzakirələrə səbəb olub.

Seçilən
61
2
teleqraf.com

3Mənbələr