"Nyukasl"ın hücumçusu Aleksandr İsak karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, 25 yaşlı isveçli futbolçuya həftəlik 686 min avro maaş təklif etməyə hazır olan "Əl-Hilal" maraq göstərir.
Forvardla "Liverpul" da maraqlanır, lakin futbolçunu belə maaşla təmin edə bilmək iqtidarında deyil.
2024/25 mövsümündə İsak 42 oyun keçirib, 27 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 120 milyon avro qiymətləndirir.
"Cebheinfo.az"