Qəzzada qaçqın çadırında plastik torbaya bükülmüş çəlimsiz körpəsini tutan ananın fotosu çəkilib.
“Qafqazinfo”nun məlumatına görə, beynəlxalq təşkilatlar bildirirlər ki, kütləvi aclıq bütün anklavda sürətlə yayılır.
HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son günlər 40-dan çox adam aclıqdan ölüb.
İsrail hakimiyyət orqanları isə qida və digər humanitar yardımların zolağa buraxıldığını bildirir və ərzaq çatışmazlığında HƏMAS-ı günahlandırırlar.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, dünən daha bir körpə aclıqdan ölüb.
Bununla da Qəzzada aclıqdan ölən uşaqların sayı 3-ə ümumi rəqəmlər isə 124-ə çatıb.
İndi bütün dünya anklavdakı acınacaqlı vəziyyəti göstərən bu görüntüləri danışır:







