Müəllif: Tamara Mustafayeva, Banco.az
İqtisadçıların proqnozlarına uyğun olaraq, Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 200 baza bəndi azaldıb.
Banco.azxəbər verir ki, Rusiya Mərkəzi Bankı uçot dərəcəsini endirmək qərarına gəlib.
Bank uçot dərəcəsini 200 baza bəndi endirərək 18 faiz səviyyəsinə çəkib. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların proqnozu da məhz faiz dərəcəsinin 18 faiz səviyyəsinə endiriləcəyi istiqamətində idi.
Rəsmi açıqlamada qeyd olunub: “Baza inflyasiya da daxil olmaqla mövcud inflyasiya təzyiqləri əvvəlki proqnozlardan daha sürətli azalır. Daxili tələbin artımı isə yavaşlayır. Uçot dərəcəsinə dair əlavə qərarlar, inflyasiyanın yavaşlamasının davamlı olub-olmaması və inflyasiya gözləntilərinin dinamikasından asılı olaraq qəbul ediləcək.”
İyun ayında Rusiya Mərkəzi Bankı 2022-ci ildən bəri ilk dəfə faiz endiriminə gedərək, rekord səviyyədə olan 21 faiz uçot dərəcəsini 100 baza bəndi azaltmaq qərarını vermişdi.
Lakin bank inflyasiyanın azalmasının hələ də qeyri-sabit olduğunu və bu tendensiyanın pul siyasətində fasiləyə və ya hətta əks istiqamətdə dəyişiklik ehtimalına səbəb ola biləcəyini bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!