Formula 1-də mövsümün 13-cü yarışı Belçika əfsanəvi Spa trasında baş tutur.

Offsideplus.az xəbər verir ki, bu gün sprint yarışları baş tutub. "Red Bull"un pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayaraq lider olub. O, 12-ci dəfə sprintdə qələbəyə sevinib.

2-ci yeri "Maklaren" pilotu Oskar Piastri, 3-cü yeri isə onun komanda yoldaşı Lando Norris tutub.

4-cü yer "Ferrari"dən Şarl Leklerin olub.

Bu gün Bakı vaxtı ilə saat 18:00-da əsas yarışın təsnifat mübarizəsi baş tutacaq. Əsas yarış isə sabah keçiriləcək..

Qeyd edək ki, çempionata 223 xalla O. Piastri başçılıq edir. L. Norris 214 xalla 2-cidir.