AZ

Qazaxda idarə işçisi iş başına öldü

QAZAX, 26 iyul. TELEQRAF

Qazax Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, su nasosu qurğusunda çalışan, 1969-cu il təvəllüdlü Mikayıl Qurbanovun səhəti anidən pisləşib.

Xəstəxanaya çatdırılan 56 yaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
32
teleqraf.com

1Mənbələr