AZ

Sabirabadda kanalda boğulan gəncin meyiti tapılıb

Bakı. Trend:

Sabirabad rayonunda su kanalında boğulan 20 yaşlı gəncin meyititapılıb.

Trend-in bölgəmüxbiri xəbər verir ki, hadisə ötən gün rayonun Qaragüney kəndiərazisində baş verib.

Belə ki, Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü MusayevSəfərağa Elşən oğlu su kanalında boğulub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin KiçikhəcmliGəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinindalğıc-xilasediciləri cəlb olunublar.

Ötən gündən başlayaraq aparılan axtarışlar nəticəsində sudaboğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda, bu günsaat 16 radələrində tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Seçilən
28
17
az.trend.az

10Mənbələr