AZ

İsrail rəsmiləri: “HƏMAS-ın yardımları oğurladığına dair dəlil tapılmayıb”

Adının açıqlanmasını istəməyən New York Times (NYT) qəzetinə danışan İsrail rəsmiləri İsrailin Qəzzaya yardımı əngəlləmək üçün uzun müddətdir istifadə etdiyi "Həmas sistematik olaraq yardımları oğurlayır" iddiası ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, İsrailin təxminən iki ildir bu arqumentdən istifadə etdiyinə diqqət çəkən səlahiyyətlilər: "Ancaq İsrail ordusu HƏMAS-ın bu yardımı sistemli şəkildə oğurladığına dair heç vaxt dəlil tapmayıb" dedi.

Bundan əlavə, rəsmilər Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzzada qurduğu yardım paylama sisteminin indiki ilə müqayisədə çox daha sistemli və səmərəli olduğunu qeyd ediblər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
41
1
turkustan.az

2Mənbələr