
Gürcüstanda fövqəladə bərpa işlərindən sonra Rusiyadan Ermənistana təbii qazın nəqli bərpa edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qazprom Ermənistan”ın mətbuat xidməti məlumat yayıb.
“İyulun 26-da saat 13:40-da Şimali Qafqaz – Zaqafqaziya tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Gürcüstanda müvəqqəti olaraq dayandırılmış Ermənistana təbii qazın verilməsi bərpa edilib”, - deyə şirkətin məlumatında bildirilir.