AZ

Xəstələrin dərman dərdi: Xərcləri artıran səbəblər bəllidir

Azərbaycanın əczaçılıq məhsullarının idxalına çəkdiyi xərclər ilbəil artır. Bu ilin yanvar-iyun aylarında ölkəmizə 259,390 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çoxdur. Hesabat dövründə Azərbaycan həmçinin 1,712 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə bir il əvvələ nisbətən 23,4 faiz azdır. Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2,25 faizini, ixrac isə ümumi ixracın 0,01 faizini təşkil edib.

Maraqlıdır, dərmana çəkilən xərclər niyə davamlı olaraq artır? Getdikcə daha çox xəstələnirikmi, yoxsa qiymətlər bahalaşır? Ümumiyyətlə, mövcud bazarda vəziyyəti necə qiymətləndirmək olar?

"Yerli istehsalın genişləndirilməsinə ehtiyac var"

İqtisad elmləri doktoru, professor Rüfət Quliyevin sözlərinə görə, Azərbaycanda dərman vasitələrinin 90-95 faizi xaricdən gətirilir. Bu vəziyyət hər il çəkilən xərclərin artmasına səbəb olur: “Ona görə yerli istehsala ciddi diqqət ayrılmalıdır. Məsələn, Türkiyə dünyada tanınmış dərman istehsalçısı ölkələrindəndir. Bu ölkənin şirkətlərini Azərbaycana dəvət etmək olar ki, burada öz şəbəkələrini açsınlar. Bazar genişdir, 10 milyondan çox əhalimiz var. Eyni dərmanları gəlib burada istehsal etsinlər”. R.Quliyev qeyd edir ki, dövlət artıq bu sahədə əlverişli imkanlar yaradıb. İndi isə sahibkarların təşəbbüs göstərməsi vacibdir: “Hər şeyi dövlət etməməlidir. İran şirkətləri artıq burada istehsala başlayıblar. Türkiyə şirkətləri də gəlib həm istehsal, həm də satışla məşğul ola bilərlər. Yerli istehsalın inkişafı dərman qiymətlərinə də təsir edə bilər. Əgər bu baş tutsa, bir çox dərman vasitələrinin qiymətində 40-45 faizədək azalma müşahidə oluna bilər”.

Xərcləri artıran üç əsas amil

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə dərman bazarındakı dəyişikliklərin yalnız ölkə daxili deyil, qlobal proseslərlə bağlı olduğunu vurğulayır: “Dərmanların çeşidi artır, ayrı-ayrı ölkələrdən gələn dərmanların sayında da artım var. Bu, qiymətlərə təsir edir. Eyni zamanda, inflyasiyaya uyğun olaraq artım var. Digər tərəfdən, müəyyən qədər əhali artımı var və dərmanlara olan tələbat getdikcə artmaqdadır. Bu üç amil dərmanların qiymətinə təsir edir. Dərmanlarda qiymət artımı Avropa ölkələrində də müşahidə edilir. Biz bu barədə məlumatlıyıq. Sadəcə, orada bütün tibbi xərcləri icbari tibbi sığorta qarşıladığına görə vətəndaşlar qiymət artımını o qədər hiss etmirlər. Bizdə də bu modelə keçid vacibdir”.

"Vergi yükü problemlər yaradır"

Seçilən
34
14
publika.az

10Mənbələr