AZ

İtaliyanın Baş naziri Fələstin dövlətini rəsmi tanımağı dəstəkləmədiyini deyib

Apa.az saytına istinadən ain.az xəbər verir.

“Fələstin dövlətini qurulmasından əvvəl tanımaq əks-nəticələr verə bilər”.

APA xəbər deyir ki, bunu İtaliyanın Baş baziri Corcia Meloni “La Repubblica” qəzetinə açıqlamasında deyib.

“Mən Fələtin dövlətinin qurulmasının tərəfdarıyam, amma bu dövlətin qurulmasından əvvəl onu rəsmi olaraq tanımağı dəstəkləmirəm. Mövcud olmayan bir şey kağız üzərində tanınsa, problem həll olunmuş kimi görünəcək, amma həll olunmamış qalacaq”, – Meloni bildirib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
8
apa.az

9Mənbələr