ain.az, Lent az portalına istinadən məlumat verir.
İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.
Daxili işlər və Fövqəladə hallar nazirliklərinin mətbuat xidmətlərindən Lent.az-a verilən birgə məlumata görə, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 4 hektarlıq otlaq sahədə yanğın söndürülüb, yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.