AZ

“Klon” serialının 93 yaşlı "Əli əmi"sindən xəbər var: istəyi həkimləri şoka saldı, cinsiyyət orqanını...

Braziliya serialı “Klon”da Əli dayı obrazı ilə tanınan 93 yaşlı aktyor Stenio Qarsiya gözlənilməz arzusu ilə mətbuatın diqqətini çəkib.

E-saglam.az xəbər verir ki, “Terra” nəşrinin yazdığına görə, aktyor cinsiyyət orqanını böyütmək üçün estetik müdaxilə məqsədilə həkimə müraciət edib.

Qarsiya əməliyyat vasitəsilə görünüşünü bir qədər dəyişdirmək və daha cəlbedici olmaq istədiyini bildirib. Lakin əməliyyatı həyata keçirməli olan cərrah Qustavo Bredov aktyorun yaşı və sağlamlıq vəziyyətini nəzərə alaraq bu istəyini yerinə yetirməkdən imtina edib.

Mütəxəssisin sözlərinə görə, yaşlı insanlarda, xüsusilə də qan dövranı pozğunluğu, şəkərli diabet və hipertoniya hallarında bu cür müdaxilələr risklidir və ciddi fəsadlara yol aça bilər. Qarsiyanın bu tip prosedurun mümkün olduğunu öyrəndikdən sonra maraqlandığı, lakin nəticədə əməliyyatsız qaldığı bildirilir.

E-saglam.az 

Seçilən
11
e-saglam.az

1Mənbələr