AZ

Dollar və qızılın qiyməti ARTDI

Borsa İstanbul’da BIST 100 indeksi bu həftəni 2,67% artışla 10.642,60 xal səviyyəsində tamamlayaraq müsbət görünüm ortaya qoydu. Həftə ərzində indek­s ən aşağı 10.413,24, ən yüksək isə 10.783,10 səviyyəsini gördü.

News24.az xəbər verir ki, qızıl qiymətləri Kapalıçarşıda yüngül artım nümayiş etdirdi. 24 ayar külçə qızılın qramı 0,07% artaraq 4.359,77 TL oldu. Cumhuriyet altını 29.460 TL, çeyrek altın isə 7.297 TL-dən 7.302 TL-yə qalxdı.

Döviz bazarında isə dollar/TL həftəni 0,43% artışla 40,5550, avro/TL isə 0,92% yüksəlişlə 47,5880 səviyyəsində başa vurdu. Bu hərəkətlər investor marağını yenidən dövizə yönəltdi.

Fon bazarlarında da müsbət tendensiya davam etdi. Yatırım fondları orta hesabla 1,69%, emeklilik fondları isə 1,73% gəlir təmin etdi. Ən çox qazandıran kateqoriya isə 2,58% artımla "Borsa Yatırım Fonları" oldu.

Xeyrənsə Piriyeva

Seçilən
121
1
news24.az

2Mənbələr