AZ

“Liverpul”un stadionu yaxınlığında Jotanın heykəli qoyulacaq

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

İngiltərə “Liverpul”unun rəhbərliyi komandanın doğma stadionu yaxınlığında mərhum portuqaliyalı futbolçu Dioqo Jotanın xatirəsinə xatirə heykəli qoymağı planlaşdırır.

Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Həmçinin, “Liverpul”un futbolçuları qarşıdan gələn mövsümdə Jotanın xatirəsinə - “Forever 20” loqosu olan köynəklər geyinəcəklər.

Qeyd edək ki, portuqaliyalı futbolçu komandada 20 nömrə altında çıxış edib. Futbolçunun ölümündən sonra “Liverpul” bu nömrəni təqaüdə çıxarıb.

Xatırladaq ki, Jota iyulun 3-də avtomobil qəzasında həlak olub. “Daily Mail”in məlumatına görə, Jota və onun qardaşı Andreni daşıyan “Lamborghini”nin təkərinin partlaması nəticəsində idarəetmə itirilib, daha sonra avtomobil sürüşərək xəndəyə düşüb və alovlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
63
yeniavaz.com

1Mənbələr