AZ

“O, dövləti tamamilə dağıdacaq” - ŞOK İDDİA

"Ermənistan Rusiya ilə birlikdə olmalıdır. Çünki tarixi baxımdan Rusiya üçün ən yaxın ölkələrdən biridir".

Olaylar erməni mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan bildirib.

Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə çox yaxşı münasibətləri olduğunu deməsinə baxmayaraq, reallığın fərqli olduğunu düşünən Abramyan qeyd edib ki, iki ölkə arasındakı münasibətlər pisləşib.

"Düşünürəm ki, biz Rusiya ilə bir yerdə olmalıyıq, çünki hazırda başqa alternativimiz yoxdur. Üstəlik, elə bir vəziyyət yoxdur ki, hər yerdə bizi gözləyirlər, dəvət edirlər, biz də seçim edirik. Heç kim bizi dəvət etmir, biz özümüz onlardan rica edirik. Avropa İttifaqında deyirlər: bəli, əlbəttə. Amma niyə belə deyirlər? Bu gün ukraynalılara pul və silah vermələrinin səbəbi nədirsə, bu da ona görədir: Rusiyaya zərər vurmaq üçün.

Paşinyana da eynisi təklif olunur, amma o, bunu anlamır. Mən qorxuram ki, o, dövləti tamamilə dağıdacaq", - deyə Ara Abramyan bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasında 3 milyondan çox erməni yaşayır ki, bu da ən böyük diasporadır.

"Biz ruslarıq, baxmayaraq ki, bir çoxumuz, mən də daxil olmaqla, Ermənistan vətəndaşlığına da malikik. Rusiya bizim vətənimizdir", - deyə rusiyapərəst Abramyan vurğulayıb.(Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
3
olaylar.az

4Mənbələr