AZ

Zərərçəkən jurnalist xanım prokuror tərəfindən təhdid edilir

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, zərərçəkən jurnalist Yeganə Telmanqızı redaksiyamıza müraciət edərək hüquqşünas tərəfindən aldadıldığını bildirmişdi.

Yeganə xanım Gununsesi.info-ya danışaraq bildirib ki, onu aldadan hüquqşünasın atası prokuror Abusəməd Səmədov tərəfindən təhdid edilir, alçaldılır:

“Mənə “sms” səslər ataraq təhdid edir. Deyir ki, yetim qızsan, kimin var ki? Himayəndə də 2 yetim uşaq var. Oğlunla birlikdə 3 yetim saxlayırsan. Sən “vabşe” kimsən?”

Qeyd edək ki, Yeganə xanımın bacısı mart ayında rəhmətə gedib. Uşaqların hər iki valideyni yoxdur. Yeganə xanım bacısının 2 övladını himayəyə götürüb.

Günel

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
icma.az

1Mənbələr