AZ

ANAMA işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsi ilə əlaqədar vətəndaşlara çağırış edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)işğaldan azad edilmiş ərazilərdə havaların isti və quraq keçməsisəbəbindən meşə və otlaq sahələrində yanğın hadisələrinin artmasıilə bağlı vətəndaşlara müraciət edib.

Trend xəbər verirki, agentliyin yaydığı çağırışda azad edilmiş ərazilərə istirahətvə ziyarət məqsədilə edilən səfərlərin intensivləşməsi və qayıdışprosesində iştirak edən sakinlərin sayının artdığı vurğulanır.

Müraciətdə vətəndaşlardan odla ehtiyatlı davranmaları, açıqalovdan istifadə zamanı diqqətli olmaları, siqaret kötüklərini yerəatmamaq və ümumilikdə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməletmələri tövsiyə olunur.

Qeyd olunub ki, genişmiqyaslı yanğınlar nəticəsində ərazidəatılıb qalmış mina və digər partlayıcı sursatlar yüksəktemperaturun təsirindən partlaya bilər ki, bu da yaxınlıqda olanşəxslər üçün ciddi təhlükə yarada bilər.

Bildirilib ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasənbəzi hallarda bitki örtüyünün təmizlənməsi məqsədilə yandırmametodu tətbiq olunsa da, ANAMA bu cür fəaliyyət həyatakeçirmir.

Sonda vətəndaşlara işğaldan azad edilmiş ərazilərdə yanğın və yamina təhlükəsi ilə qarşılaşdıqları halda dərhal 805, 102 və ya 112qaynar xətt nömrələrinə məlumat vermələri tövsiyə olunur.

“Özümüzü, yaxınlarımızı, təbiətimizi və Vətən torpağını birgəqoruyaq” — Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi.

Seçilən
60
3
az.trend.az

4Mənbələr