“İnter Mayami”nin kapitanı, argentinalı ulduz hücumçu Lionel Messi və ispan müdafiəçisi Jordi Alba intizam cəzası alıblar.
Arena.az bu barədə MLS-in rəsmi saytına istinadən məlumat verir.
Belə ki, “vağlar”ın ulduzları MSL ulduzlarının Meklika Liqasının ulduzları ilə keçirilmiş yoldaşlıq oyununda iştirakdan imtina etmədikləri üçün cəzalandırılıblar. Hər iki futbolçu əsassız yerə və MLS-dən icazəsi olmadan özbaşına qərar verdiklərindən 1 oyunluq cəza alıblar.
Beləliklə, Lionel Messi və Jordi Alba MLS müntəzəm mövsümünün iyulun 27-də “Sinsinnati” ilə keçiriləcək ev oyununda iştirak edə bilməyəcəklər.
Xatırladaq ki, ulduzların qarşılaşdığı oyunda MLS komandası 3:1 hesablı qələbəyə sevinib.