UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" oyununa satılan sin bilet sayı açıqlanıb.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sözügedən oyuna saat 18:00-a qədər 11 000 bilet satılıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.