AZ

Prezident İlham Əliyevin "Yaşıl" strategiyası: ölkələri, regionu və dünyanı birləşdirən baxış

Bakı. Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional vəqlobal səviyyədə "Yaşıl" transformasiyanın aparıcı qüvvələrindənbirinə çevrilib.

Ölkədə “Yaşıl” energetikanın inkişafı hərtərəfli və stratejixarakter daşıyır və bütün əsas sahələri - işğaldan azad edilmişərazilərdə bərpa olunan enerji mənbələrinin tətbiqindən tutmuşaparıcı qlobal şirkətlərlə genişmiqyaslı beynəlxalq əməkdaşlığaqədər əhatə edir. Azərbaycan Masdar (BƏƏ), ACWA Power (SəudiyyəƏrəbistanı) kimi tərəfdaşlarla, eləcə də bir sıra Çin enerjikorporasiyaları ilə enerji sektorunda davamlı artımı təmin edənlayihələr həyata keçirir.

Prezident İlham Əliyevin iyulun 19-da Xankəndində “Rəqəmsalkeçidlər: Süni intellekt əsrində informasiya və medianındayanıqlığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal MediaForumunun iştirakçıları ilə görüşü zamanı dediyi kimi, Azərbaycanın“Yaşıl” gündəliyi çox genişdir.

“2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələriəsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş,külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrikenerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismaravermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir”, -deyə dövlət başçısı bildirib.

Beləliklə, Prezident İlham Əliyevin “yaşıl” gündəliyi daxiliinkişafdan çox-çox kənara çıxır. Onun təşəbbüsü ilə AzərbaycanMərkəzi Asiya və Avropa ölkələrini birləşdirən regional “Yaşıl”enerji dəhlizlərinin formalaşmasında mərkəzi halqaya çevrilib.Onların arasında Azərbaycan-Qazaxıstan-Özbəkistan transxəzər“Yaşıl” dəhlizi və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanıbirləşdirən Qara dənizin dibi ilə sualtı enerji kabelinin çəkilməsilayihəsi və digər Avropa ölkələrinin də marağı artmaqdadır.

Dövlət başçısının bəyan etdiyi kimi, Azərbaycan “Yaşıl”enerjinin ötürülməsi, istehsalı və paylanması üçün bir növ mərkəzəçevriləcək.

"Regional gündəliyə gəldikdə, onu da qeyd edə bilərəm ki, bizyaşıl enerji layihələri üzərində çalışırıq. Çünki təkcəAzərbaycanda deyil, Mərkəzi Asiya ölkələrində də Günəş və küləkelektrik enerjisi stansiyaları yaradılır. Ötən ilin noyabrındaBakıda COP29 çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycanprezidentləri arasında yaşıl enerji ilə bağlı Xəzər dənizinin dibiilə elektrik kabelinin çəkilməsi layihəsi imzalandı ki, MərkəziAsiyada istehsal olunan yaşıl enerji Azərbaycanın infrastrukturunabirləşdirilsin. Ona qədər Azərbaycan, Gürcüstan, Rumıniya,Macarıstan arasında da buna bənzər sənəd imzalandı ki, belə biryaşıl enerji kabeli Qara dənizin dibi ilə çəkilsin. Yəni, regiontəkcə Cənubi Qafqazı əhatə etmir. Biz daha geniş coğrafiyanı əhatəedirik. Ancaq burada mərkəzi nöqtə məhz Azərbaycandır. Çünki sizcoğrafiyanı dəyişə bilməzsiniz. Amma coğrafiya heç də hər zaman odemək deyil ki, coğrafi mövqeyiniz sizə tərəqqi gətirəcəkdir. Sizcoğrafiyanızdan yaxşı məqsədlər üçün istifadə etməlisiniz. Bizartıq bunu proqnozlaşdıra bilərik ki, Azərbaycan, Mərkəzi Asiya vəAvropa ölkələri arasında imzalanmış sənədlər Azərbaycanın bir növqovşaq olacağını nümayiş etdirir. Azərbaycan nəqliyyat, istehsal vəpaylama nöqtəsi olacaqdır. Bizim çox böyük artım potensialımızvar.”, - deyə Prezident İlham Əliyev bildirib.

Bu fəaliyyət məntiqi olaraq qlobal iqlim gündəliyinə uyğun gəlirvə Azərbaycanın iqlim dəyişikliyi məqsədlərinə nail olunmasına fəaltöhfə verir. Bu kontekstdə Azərbaycanın BMT İqlim Dəyişikliyi üzrəTərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi xüsusiəhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin ardıcıl rəhbərliyisayəsində Bakıda keçirilən konfrans konkret nəticələr və qlobaliqlim tərəqqisinə doğru addımlarla əlamətdar olan dönüş nöqtəsinəçevrildi.

Azərbaycanın COP29-a sədrliyinin ayrıca prioriteti beynəlxalqictimaiyyətin diqqətini iqlim dəyişikliyinin təsirlərindən ən çoxəziyyət çəkən kiçik ada dövlətlərinin həssaslığına cəlb etmək olub.Azərbaycan həmrəylik səsi kimi çıxış edərək, bu ölkələrə dəstəkmexanizmlərinin daha fəal müzakirəsinə təşəbbüs göstərib vəədalətli iqlim maliyyələşdirməsini təmin edib.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan öz rolunuQlobal Cənub və Qlobal Şimal arasında bir növ körpü kimigörürdü.

"Düşünürəm ki, biz uğur qazandıq. COP29-un mühümnailiyyətlərindən biri də belə konstruktiv atmosfer yaratmağımızidi. Həmçinin, bizim şəxsi töhfəmiz sayəsində karbon bazarlarınınfəaliyyəti ilə bağlı 6-cı maddə üzrə razılığa gəlmək mümkün oldu.Ən azı son 10 ildə müzakirə olunan məsələ. Beləliklə, bu, COP29-unçox mühüm və nəzərə çarpan nəticəsidir.

Bizim fikrimizcə, digər mühüm nəticə ondan ibarətdir ki, biziqlim dəyişikliyinin həlli üçün ayrılan maliyyəni COP29-dan əvvəlolduğu kimi 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarınaçatdırmağa razılaşa bilmişik. Biz bilirik ki, bəzi ölkələr bununlakifayətlənmir, amma dürüst olmalıyıq, çünki biz maliyyələşməni üçdəfə artıra bilmişik”, - deyə Prezident İlham Əliyev bildirib.

Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycanın “Yaşıl” strategiyası məsuliyyət, inklüzivlik vədavamlılıq prinsiplərinə əsaslanan davamlı daxili inkişafdanregional birləşməyə və qlobal təsirə qədər çoxsəviyyəli birmodeldir.

Azərbaycan nəinki “Yaşıl” enerjiyə keçidlə bağlı genişmiqyaslıproqram həyata keçirir, həm də regional və qlobal enerjiəməkdaşlığının yeni arxitekturasını formalaşdırır. Ölkədaxiliislahatların, strateji tərəfdaşlıq və iqlim diplomatiyasının uğurluinteqrasiyası ölkəyə beynəlxalq ekoloji arenada lider mövqe tutmağaimkan verib.

Prezident İlham Əliyevin təşəbbüsü sayəsində əldə edilmişCOP29-un nəticələri təsdiq etdi ki, Azərbaycan təkcə etibarlıtərəfdaş deyil, həm də inkişaf etməkdə olan digər ölkələr üçünruhlandırıcı nümunədir.

Qlobal iqlim böhranı kontekstində Azərbaycanın "Yaşıl" gündəliyihəllin ayrılmaz hissəsinə çevrilib, onun geosiyasi və enerjiəhəmiyyəti isə bütün regionun və onun hüdudlarından kənardadayanıqlı gələcəyin sütununa çevrilib.

Seçilən
41
3
az.trend.az

4Mənbələr