AZ

Starmer Fələstinə dəstəyini açıqladı

Starmer

Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Fələstin dövlətinin tanınması Yaxın Şərqdə münaqişənin həlli yolunda atılmalı olan addımlardan biri olmalıdır. Bu barədə onun "X" sosial şəbəkəsində yayılmış videomüraciətində deyilir.Starmer vurğulayıb ki, Britaniya öz yaxın müttəfiqləri ilə birlikdə Yaxın Şərqdə atəşkəsə nail olmaq üçün yollar axtarır. Bu məsələyə yanaşma isə real və praktik həll yollarına əsaslanmalıdır.“Bu yol bizə çoxdan bəri ehtiyac duyulan atəşkəsin davamlı sülhə çevrilməsi üçün konkret addımlar göstərəcək. Fələstin dövlətinin tanınması həmin addımlardan biri olmalıdır”, – deyə Baş nazir qeyd edib.O, bu məsələdə tam aydın və qəti mövqe tutduğunu da əlavə edib.Ulusum.az

Diqqət Çəkənlər

Hərbi çağırışla bağlı mühüm toplantı – iyulun gedişatı dəyərləndirildi

Sumqayıt yolunda faciə – Yaralılar var

Tramp Putinə qarşı sanksiyalardan imtina edə bilər – L’Express xəbərdarlıq edir

Seçilən
24
ulusum.az

1Mənbələr