Avropa İttifaqı rəsmiləri Vaşinqtonla gələcək ticarət razılaşmalarının taleyindən ciddi narahatdırlar.
News24.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb. Nəşrin məlumatına görə, Trampın əvvəlki prezidentliyi dövründə ABŞ-Aİ münasibətləri xüsusilə ticarət sahəsində bir sıra gərginliklərlə yadda qalıb.
Avropa rəsmiləri ehtiyat edirlər ki, Tramp proteksionist siyasətini davam etdirəcək və bu, transatlantik iqtisadi əməkdaşlığa zərbə vura bilər.
Xüsusilə Avropa İttifaqı üçün yaşıl keçid və sənaye sektorunun inkişafı prioritet olduğu halda, Tramp administrasiyasının əvvəlki dövrdə olduğu kimi gömrük tariflərini artırması və ikitərəfli razılaşmalardan imtina etməsi riski diqqət mərkəzindədir.
Aqil