AZ

Kenan Piriç “Neftçi”də - Rəsmi

Futbol üzrə Bosniya və Herseqovina milli komandasının qapıçısı Kenan Piriç bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı qolkiper paytaxt təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb.

Son olaraq Türkiyənin “Antalyaspor” klubunda oynamış 30 yaşlı qolkiper Bosniya və Herseqovinanın “Sloboda” (Tuzla) klubunun yetirməsidir. “Qradina”, “Gent”, “Zrinski”, “Maribor”, “Atromitos”, “Göztəpə”, AEK (Larnaka) kimi klublarda da forma geyinmiş 30 yaşlı qolkiper 2024-cü ilin yayından “Antalyaspor”da çıxış edirdi. O, Antalya klubunun heyətində meydana çıxdığı 31 oyunda 55 qol buraxıb, 5 matçda qapısını toxunulmaz saxlayıb.

Kenan Piriç 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub. O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib.

Bosniya və Herseqovinanın U-21 yığmasında da oynamış futbolçu 2018-ci ilin fevralında əsas millidə debüt edib. Piriç əsas millidə 8 oyun keçirib, 8 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı qapıçının transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

“Neftçi” daha öncə Sessi D’Almeyda, Luis Ortis, Murad Xaçayev, Elvin Bədəlov, İqor Ribeyro, İmad Faraj, Freddi Varqas, Cordan Rezabala və Kristian Kostini də heyətinə qatmışdı. Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Həbib İsmayılov, Dembo Darbo, Filip Ozobiç, İsmayıl Zülfüqarlı və Alfa Konte paytaxt klubunu tərk ediblər. Emil Balayev isə klubla yeni müqaviləyə imza atıb.

Seçilən
40
arena.az

1Mənbələr