AZ

PSJ rəhbərliyi “yumurtadan yun qırxır”

PSJ rəhbərliyi əlavə qazanc götürmək və həmçinin klubu diqqət mərkəzində saxlamaq üçün maraqlı gedişi ilə diqqət çəkib.

Arena.az məlumat verir ki, Paris klubu rəsmi saytı üzərindən, 2024/2025-ci illər mövsümünün Çempionlar Liqasının finalında “Arena Münhen”də “İnter”i 5:0 hesabı ilə məğlub etdiyi oyunda istifadə edilmiş qapı torunu satışa çıxarıb.

Tor hissələrə bölünərək, PSJ-nin Çempionlar Liqasının qalibi qismində şəkilləri ilə çərçivəyə salınaraq satışa çıxarılıb. Hər belə çərçivənin qiyməti 264 ABŞ dolları məbləğindədir.

Xatırladaq ki, PSJ həmin oyunda tarixində ilk Çempionlar Liqasını qazanıb.

Əlavə edək ki, avqustun 13-də PSJ 2025-ci il UEFA Super Kuboku uğrunda oyunda “Tottenhem”lə qarşılaşacaq. Oyun Udinenin “Friuli” stadionunda keçiriləcək.

Seçilən
57
arena.az

1Mənbələr