AZ

Belçika Qran-prisində poul Lando Norrisin oldu

Bakı. Trend:

Formula-1 üzrə Belçika Qran-prisinin təsnifat mərhələsi başaçatıb.

Trend xəbər verirki, “Maklaren” komandasının sürücüsü Lando Norris poul mövqeyiniqazanıb. Beləliklə, britaniyalı pilot sabah keçiriləcək əsas yarışailk sıradan start verəcək.

Onun ardınca komanda yoldaşı Oskar Piastri ikinci, “Ferrari”ninsürücüsü Şarl Lekler isə üçüncü yeri tutub.

Bu gün səhər saatlarında sprint mərhələsinin qalibi olan “RedBull” pilotu Maks Ferstappen isə sıralamada 4-cü olub.

Qeyd edək ki, Belçika Qran-prisinin əsas yarışı iyulun 27-sisaat 19:00-da start götürəcək.

Seçilən
104
2
az.trend.az

2Mənbələr