AZ

Ermənistandakı nüvə stansiyası ilə bağlı qorxunc xəbərdarlıq - Hər an partlaya bilər...


Sovet dövründə Ermənistanda tikilən Metsamor Atom Elektrik Stansiyası mütəxəssislərin fikrincə, ciddi təhlükə yaradır. Zəlzələ zonasında yerləşən zavod “saatlı bomba” və “növbəti Çernobıl” kimi təsvir edilir.

1976-cı ildə açılan və ölkənin elektrik enerjisinin təxminən 40 faizini təmin edən stansiya İrəvandan cəmi 35 kilometr aralıda yerləşir. Zavod 1988-ci ildə Spitak zəlzələsindən sonra altı il bağlanıb və 1995-ci ildə yenidən fəaliyyətə başlayıb.

Cənubi Qafqaz üzrə ekspert Peter Marko Teys “Daily Mail”ə açıqlamasında zavodun texnoloji cəhətdən köhnəldiyini və maliyyə çatışmazlıqları səbəbindən əhəmiyyətli təhlükəsizlik baxımından böyük risq daşıdığını deyib.

"Bu reaktorun fəlakətə səbəb olma risqi çox yüksəkdir. Partlayış verəcəyi halda o, Çernobıl kimi torpaq, su və havanın çirklənməsinə səbəb ola bilər, onun təsiri illərlə Avropanın səmalarında da hiss edilə bilər" – deyə Teys bildirib.

Stansiyanın aktiv seysmik qırılma xəttində yerləşdiyinə diqqət çəkən mütəxəssislər, onun struktur təhlükəsizliyinin yetərli olmadığını bildirirlər. Narahatlıqlar hələ 1995-ci ildə stansiya işə düşməzdən əvvəl də gündəmə gəlib. Həmin vaxt Ermənistan parlamentinin Ətraf Mühit Komitəsinin müşaviri Viktoriya Ter-Nikoqosyan sözügedən atom elektrik stansiyasının heç vaxt təhlükəsiz olmayacağını, potensial qəzanın Ermənistanın sonunu gətirəcəyini demişdi.

Beynəlxalq Atom Enerjisi Agentliyindən Morris Rosen, bununla belə, stansiyanın qruluşunu “açıqca qeyri-adekvat” adlandırmışdı.

Hazırda zavod Rusiyanın dövlət nüvə enerjisi şirkəti “Rosatom”un texniki dəstəyi ilə işləyir. Teysin fikrincə, bu vəziyyət Kremlə Cənubi Qafqazda enerji siyasətində əhəmiyyətli rol oynamağa imkan verir. “Rosatom”un stansiyadakı iki reaktordan birini modernləşdirməsi gözlənilir, lakin 2023-cü ilin dekabrında imzalanmış müqavilənin həyata keçirilib-keçirilməyəcəyi hələ də bəlli deyil.

Zavodun yaratdığı təhlükəyə diqqət çəkən ekspert Teys, beynəlxalq ictimaiyyəti dərhal müdaxiləyə çağırıb. Metsamorun qlobal təhlükəsizlik üçün ciddi risq yaratdığını vurğulayan Teys bildirib ki, Avropa Birliyi və ABŞ dərhal hərəkətə keçməli və bu saatlı nüvə bombasını dayandırmaq üçün təcili tədbirlər görməlidir.

O, Metsamor AES-in qlobal təhlükəsizlik və sabitliyə ən ciddi təhdidlərdən biri olduğunu bəyan edib.

Xatırladaq ki, 1986-cı ildə Çernobıl AES-də baş verən qəzada Ukraynanın reaktorlarından biri partlayıb və ətraf mühitə rekord miqdarda radioaktiv maddə yayılıb. Partlayışdan dərhal sonra 160 mindən çox sakin bölgədən təxliyə edilib.

Ərazi hazırda da “ölü zona” kimi tanınır və radiasiya səviyyəsi təhlükəsiz səviyyəyə enənə qədər nəsillər boyu bağlı qalacaq.

TAHİR

Seçilən
91
baki-xeber.com

1Mənbələr