AZ

Piyadanı vurdu, özü öldüVİDEO

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Motosiklet sürücüsü yolu keçmək istəyən piyadanı vurub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb.

Məlumata görə, motosiklet yolu keçmək istəyən piyadanı vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Motosikletin sürücüsü isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib ki, müvafiq çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 26 yaşlı şəxsə zəruri tibbi xidmət göstərilib və müxtəlif dərəcəli bədən xəsarətləri ilə kliniki tibbi mərkəzə hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

İsmayıllıda isə avtomobil piyadanı vuraraq öldürüb.

Rayonun Hacıhətəmli kəndi ərazisində Arif Hüseynov idarə etdiyi avtomobil ilə yolu keçən piyada 55 yaşlı Göyçək Vahidovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
49
6
xezerxeber.az

8Mənbələr