AZ

Ruben Kluyvert Lion “Olimpik”ində!

Portuqaliyanın “Kaza Piya” klubunun niderlandlı mərkəz müdafiəçisi Ruben Kluyvert bundan sonra Lion “Olimpik”inin uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Olimpik”in rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid Lion klubuna 3,78 milyon avro məbləğ müqabilində başa gəlib.

Ruben Kluyvert “Utrext”in məzunudur. Müdafiəçi, karyerası ərzində həmçinin “Dordrext” və “Kaza Piya”da çıxış edib.

Geridə qalmış mövsümdə Kluyvert “Kaza Piya” üçün 24 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Ruben Kluyvert milli komandaya cəlb edilməyib, həmçinin futbolda heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı niderlandlı mərkəz müdafiəçisinin transfer dəyərini 700 min avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Ruben Niderland futbolunun əfsanəsi Patrik Kluyvertin dörd oğlundan biri – üçüncü oğlu, “Bornmut”un 26 yaşlı niderlandlı hücumameyilli yarımmüdafiəçisi Castin Klyuyvertin kiçik qardaşıdır.

Seçilən
7
arena.az

1Mənbələr