AZ

“Özünüzü irqçi kimi aparırsınız!” – İstanbul-Moskva reysində insident (VİDEO)

İstanbul-Moskva aviareysi zamanı sərnişinlər arasında qalmaqal yaşanıb.

KONKRET.az xəbər verir ki, insidentin səbəbi bir sərnişinin Türkiyə vətəndaşlarını təhqiredici ifadə ilə — “çuşkalar” adlandırması olub. Hadisə şahidlərinin sözlərinə görə, bu ifadə digər sərnişinlərin sərt etirazına səbəb olub və təyyarədə gərginlik yaranıb.

Aviakompaniya əməkdaşları dərhal hüquq-mühafizə orqanlarına müraciət ediblər. Polis hadisə yerinə gəlib və münaqişədə iştirak edən şəxslər reysdən endirilib.

Hadisə adnlarının görüntülərini təqdim edirik.

Natiq Səlim,
KONKRET.az

Seçilən
23
konkret.az

1Mənbələr