AZ

Avstraliya sahillərində 6,2 maqnitudalı zəlzələ baş verdi

BAKI, 26 iyul. TELEQRAF

Avstraliyaya məxsus Makuori adası sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Yeni Zelandiyanın Danidin şəhərindən təxminən 1 578 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı yerin 10 km dərinliyində olub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Seçilən
25
2
teleqraf.com

3Mənbələr