Litva Ukrayna ordusunun “Patriot” zenit-raket kompleksləri ilə tədarükü üçün 30 milyon avro ayıracaq.
Axar.az xəbər verir ki, bu barədə Litva müdafiə naziri Dovile Şakalene məlumat verib.
“Biz strateji bir mesaj veririk: ABŞ Prezidenti Donald Trampın bu qərarını tam dəstəklədiyimizi göstəririk”, - nazir bildirib.
Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp açıqlamasında Ukraynaya silah və hərbi texnika verməyə davam edəcəklərini, lakin bu tədarüklərin maliyyələşdirilməsinin Avropa tərəfindən həyata keçiriləcəyini bəyan edib.