Bakı. Trend:
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisiDünya Seriyasının Sumqayıt mərhələsində növbəti oyununukeçirib.
Trend xəbər verirki, yığma sonuncu qrup görüşündə Slovakiya seçməsini 21:8 hesabıilə məğlub edərək qrup lideri kimi 1/4 finala yüksəlib.
Qeyd edək ki, millimiz 1/4 finalda Çin yığması ilə qarşılaşacaq.Oyun iyulun 27-si saat 16:00-da başlayacaq.