LƏNKƏRAN, 26 iyul. TELEQRAF
Xəzər dənizinin Lənkəran sahillərində xilasedici dənizdəki tora ilişərək xəsarət alıb.
Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran rayonunun Sütəmirdov kəndində yerləşən çimərlik ərazisində baş verib.
Məlumata əsasən, Lənkəran şəhər sakini, xilasedici İlkin İlyasoğlu çimərlik ərazisində xidmət apararkən gözlənilmədən dənizdəki torları saxlayan tros onun boğazına ilişib. Nəticədə o, boğaz nahiyəsindən xəsarət alıb.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.