AZ

"Milan" 6 qolluq matçda "Liverpul"u məğlub edib

Avropa klubları yeni mövsümə hazırlıqlarını davam etdirir.

90deqiqe.Az xəbər verir ki, bu gün Honq-Konqda keçirilən yoldaşlıq görüşündə "Liverpul" və "Milan" üz-üzə gəlib. Bol qollu keçən qarşılaşmada İtaliya təmsilçisi 4:2 hesabı ilə qələbə qazanıb.

"Milan"ın heyətində qolları Rafael Leau, Ruben Loftus-Çik və dubl müəllifi Noa Okafor vurub. "Liverpul"un heyətində isə Dominik Soboslay və Kody Qakpo fərqlənib.

Qeyd edək ki, "Liverpul" yeni mövsümdə ilk rəsmi oyununu 10 avqust tarixində keçirəcək. Arne Slotun komandası həmin gün İngiltərə Superkubokunda "Kristal Pelas"la qarşılaşacaq. "Milan" isə mövsümə bir həftə sonra – 17 avqustda "Bari"yə qarşı İtaliya Kubokunun oyunu ilə start verəcək.

Seçilən
11
90deqiqe.az

1Mənbələr