AZ

Rusiya Baltik Donanması döyüş yüklü dəniz dronlarını sınaqdan keçirdi – VİDEO

Rusiya Müdafiə Nazirliyi “İyul fırtınası” adı altında keçirilən genişmiqyaslı hərbi təlimlər çərçivəsində Baltik dənizində döyüş yüklü dəniz dronlarının sınaqlarını həyata keçirdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, yayımlanan kadrlarda pilotsuz suüstü aparatın hədəfə – barjaya dəqiq zərbə endirdiyi göstərilir. Dron uzaq məsafədən idarəetməni təmin edən yüksək keyfiyyətli kamera və birbaşa rabitə kanalı ilə təchiz olunub.

Bununla belə, partlayışın gücü ilə bağlı şübhələr ortaya çıxıb. Hərbi ekspertlər qeyd edirlər ki, Rusiya tərəfi çəkilişin daha təsirli alınması üçün barjanın özünü də partlayıcı maddələrlə doldura bilərdi.

Natiq Səlim,
KONKRET.az

Seçilən
10
1
konkret.az

2Mənbələr