“Red Bull” pilotu Maks Verstappen Belçika Qran-Prisinin təsnifat yarışında dördüncü yeri tutması barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, Verstappen bildirib ki, yapışma qüvvəsinin artırılması sürücülük hissini yaxşılaşdıracağına ümid edirdi, lakin bu baş verməyib və əksinə, maşın düz xətlərdə yavaşlayaraq optimal balansını itirib:
“Nəsə qəribə oldu, məlumatları araşdırmalıyıq. Təsnifat boyunca sərhəddə hücum edə bilmədim. Spa trasında döngələrə girərkən çox aktiv olmaq lazımdır, maşının dönməsini təmin etmək üçün, amma bunu bacarmadım.”
O əlavə edib ki, üçüncü yerdən start almaq istərdi və buna yaxın idilər, lakin üçüncü mərhələdə planlar pozulub.
Verstappen trasın yağışlı olmasının çətinliklər yaratdığını, yağışın nə qədər davam edəcəyini gözləmək lazım olduğunu vurğulayıb: “İdeal halda, ən azı üçüncü olmaq istərdim. ‘Meklaren’ pilotları ilə mübarizə çətin olacaq, amma hər şey mümkündür.”
Qeyd edək ki, təsnifatın qalibi “Meklaren” pilotu Lando Norris olub, ikinci yeri onun komanda yoldaşı Oskar Piastri, üçüncü yeri isə “Ferrari”dən Şarl Lekler tutub.