BAKI, 26 iyul. TELEQRAF
Tayland ümumilikdə Kamboca ilə atəşkəsə hazırdır.
Teleqraf xəbər verir ki, bunu ölkənin Baş nazirinin səlahiyyətlərini icra edən Phumtham Vechaichai deyib.
O, sözgedən açıqlamanı ABŞ Prezidenti Donald Trampla söhbətindən sonra bəyan edib.
Tayland rəsmisi əlavə edib ki, bunub üçün onlar qarşı tərəfin “səmimi niyyətindən” əmin olmalıdırlar.