AZ

“Milan” İsveçrə millisinin üzvünün transferində israrlıdır

İtaliyanın “Milan” klubu “Brügge”nin yarımmüdafiəçisi Ardon Yaşarinin transferi istiqamətində səylərini davam etdirir.

90deqiqe.Az “SportMediaset”ə istinadən xəbər verir ki, “rossoneri” yaxın günlərdə belçika klubuna yeni rəsmi təklif göndərəcək. Söhbət 35 milyon avro qarantili məbləğdən və əlavə olaraq 2–3 milyon avro bonusdan gedir.

Buna baxmayaraq, “Brügge” rəhbərliyi hələ də transferə razılıq verməyib. Əgər bu təklif də rədd edilərsə, “Milan” tərəfi təklifi yenidən artırmağı düşünmür.

22 yaşlı İsveçrə millisinin üzvü ilə şəxsi müqavilə şərtləri çoxdan razılaşdırılıb. Artıq bütün əsas məqamlar üzrə razılıq əldə olunub və yalnız “Brügge” klubunun qərarı gözlənilir.

 

Seçilən
52
90deqiqe.az

1Mənbələr