Gürcüstan və Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə davam edir.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan Gənclər Forumundan sonra jurnalistlərə açıqlamasında Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.
"Bizim qardaşlıq ruhunda, o cümlədən strateji tərəfdaşlıq əsasında münasibətlərimiz var. Bu tədbir çox əhəmiyyətlidir. Çünki Gürcüstan və Azərbaycan gəncləri hər iki mədəniyyətlə, adətlərlə tanış olmaq fürsəti əldə edib. Mən hər iki ölkənin rəhbərliyinə təşəkkür etmək istəyirəm ki, bu tədbirin keçirilməsinə dəstək göstərib",-deyə o bildirib.